Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
44 Günlük Zəfər Savaşımız

0

  •          Ali Baş Komandan İlham Əliyev Cənablarının əmri ilə Azərbaycan Ordusu Sentyabrın 27si-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı əks hücum əməliyyatına başlayaraq 30 il ərzində işğal olunmuş torpaqlarımızı azad etməyə başladı. Cənab prezitentimizin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası öz bəhrəsini layiqincə vermiş oldu. Ulu Öndər Heydər Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının bariz nümünəsi olaraq onun layiqli davamçısı prezident İlham Əliyev Cənabları müasir güclü qüdrətli Azərbaycan yaratmağa nail olmuşdur. Təsadüfi deyilki ordumuz 44 günlük vətən müharibəmizdə dünya hərb tarixinə öz adını qızıl hərflərlə yazdırdı. Müharibənin gedişatında ordumuz en müasir silahlardan istifadə edərək çevik və sürətli əks hücumla düşmənə ağır zərbələr endirərək işğal olunmuş torpaqlarımızı 30 ildən sonra düşmən tapdağından azad ettilər. Ermənilərin Qafqaza, o cümlədən Azərbaycan ərazisinə köçürülməsindən sonra bu regionda xalqımıza qarşı torpaq iddiasına düşdülər. 200 illik dövr ərzində ermənilər xalqımıza qarşı kütləvi qırğınlar, soyqırımlar törətməyə başladılar. Buna misal olaraq 1918 ci il Mart Soyqırımı, Xocalı Soyqırımı və xalqımızın başına gətirilən bir çox faciələr ermənilərin iç üzünü açıb göstərməkdədir. Xalqımız başına gətirilən bütün bu müsibətlər təsadüfi deyildir, ermənilər əsrlər boyu türklərə qarşı nifrət və kin bəsləmişlər. Təəsüff ki, dünyada ikili standart lar hələdə aktual olaraq qalır. Dünya dövlətləri ermənilərin sanki körpə uşaq kimi bütün şıltaqlıqlarına göz yummağa davam edirlər. Yenədə müasir dünyamızda dini, irqi mənsubiyyətinə görə dövlətlər arasında ayrıseçkilik mövcuddur. Cənab prezidentimiz İlham Əliyev dəfələrlə Beynəlxalq Ali Tribunalardan Azərbaycanın haqq səsini dünyaya car çəkmişdir. Lakin təəssüf ki, 30 il ərzində xalqımızın haqq səsini dünya dövlətləri eşitmək istəmədi. Nəhayət vaxt, zaman yetişdi, Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz əks hücumla torpaglarımızı 44 Günlük Vətən Müharibəsi adını almış şanlı zəfərlə 8 noyabr tarixində qələbə ilə başa vurdu. Şüphəsiz ki, bu qələbənin əsas memarı Ali Baş Komandan İlham Heydər Oğlu Əliyevdir. Anar ƏBDÜLOV,Xocalı şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib45 dəfə
    44 Günlük Zəfər Savaşımız

    Maraqlı gələ bilər
    56